» » » Fransa klubunun futbolçusu həbs olunub

Fransa klubunun futbolçusu həbs olunub

Fransa klubunun futbolçusu həbs olunub
Fransanın PSJ klubunun futbolçusu Serj Oryo 2 aylıq həbs cəzasına məhkum olunub.

ucarliyiq.biz - in məlumatına görə, buna Kot divuarlı müdafiəçinin polislə dalaşması səbəb olub.

Qərarı Paris İslah Məhkəməsi çıxarıb. 23 yaşlı oyunçu "Hökumət nümayəndəsinə zorakılıq" maddəsi ilə müqəssir bilinib. İki aylıq icbari həbs cəzası ilə yanaşı, Oryo zərərçəkənə fiziki və mənəvi zərər vurduğu üçün 600 avro, məhkəmə xərcləri qarşılığında ilə 1500 avro ödəyəcək. Oryo məhkəmə hökmünü şərh etmək istəməyərək, zalı tərk edib. Yaxın vaxtlarda vəkilləri apellyasiya vermək niyyətindədirlər.

Nizam-intizam problemləri olan futbolçu ilə bağlı insident mayın sonlarında Parisin mərkəzindəki gecə klublarından birində baş verib. O, klubdan çıxarkən, polis patrul nəfəri ilə mübahisə etdiyi üçün saxlanılıb. Oryo polislərin onun sifətinə 4 zərbə endirdiklərini iddia edib. Lakin məhkəmə bu ifadələri qəbul etməyərək, zorakılığın "içkili futbolçu" tərəfindən edildiyini bildirən asayiş keşikçilərinin tərəfini saxlayıb.

Qeyd edək ki, Serj Oryo PSJ-yə 2014-cü ildə "Tuluza"dan icarə əsasında keçib. O, 2015-ci ildə parislilərlə 4 illik müqavilə bağlayıb. 2015-2016 mövsümündə paytaxt komandasının heyətində 21 oyuna 2 qol vurmuş Oryo bu mövsüm çempionatın 4 oyununa çıxıb.