» » » Azərbaycan Premyer Liqasında VI tura yekun vurulacaq

Azərbaycan Premyer Liqasında VI tura yekun vurulacaq

Azərbaycan Premyer Liqasında VI tura yekun vurulacaq
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura yekun vurulacaq. ucarliyiq.biz - in məlumatına görə, turun son oyununda "Neftçi" Sumqayıtın eyniadlı komandası ilə qarşılaşacaq.

Cari mövsümdə uğursuzluq zolağından çıxa bilməyən "ağ-qaralar" ev oyunundan qələbə ilə ayrılmağa çalışacaq. Bu "Neftçi"nin baş məşqçisi kimi Elxan Abdullayevin ikinci sınağı olacaq. Bakılılar E.Abdullayevin debüt oyununda "İnter"ə səfərdə uduzub - 1:2. "Sumqayıt" isə son bir həftədə iki oyun keçirib. Samir Abasovun baş məşqçi olduğu komanda V turda evdə "Kəpəz"lə 1:1 hesablı heç-heçə etdikdən sonra III turdan təxirə salınmış görüşdə səfərdə "Qəbələ"yə yenilib - 0:2. Komandalar ölkə çempionatlarında bugünədək 16 oyun keçirib. Bu görüşlərin 10-u "Neftçi"nin, 4-ü isə "Sumqayıt"ın qələbəsi ilə başa çatıb. Qalan 2 görüşdə isə bərabərlik qeydə alınıb. Qapılara vurulan toplarda da paytaxt təmsilçisi üstündür - 33:18. "Sumqayıt" son 8 görüşdə yalnız 1 qələbə qazanıb.

"Neftçi" bu tur qələbə qazanarsa, turnir cədvəlindəki mövqeyini yaxşılaşdıracaq. Komanda xal ehtiyatını 6-ya yüksəltmiş olacaq ki, nəticədə "Zirə" ilə 5-6-cı pillələri bölüşəcək. Heç-heçə və məğlubiyyət isə Elxan Abdullayein rəhbərlik etdiyi komandanın hazıda qərarlaşdığı 7-ci pillədən irəli getməsinə kömək etməyəcək. 4 xalla "Neftçi"dən bir pillə yüksəkdə qərarlaşan "Sumqayıt" isə səfər qələbəsi sayəsində xallarını "Kəpəz"lə bərabərləşdirəcək - 7 xal. Bərabərlik "Sumqayıt"ın hazırkı 6-cı pillədəki mövqeyini gücləndirəcəksə, məğlubiyyət Samir Abasovun rəhbərlik etdiyi komandanı 8-ci pilləyə endirəcək.

Azərbaycan Premyer Liqası, VI tur

27 sentyabr

19:00. "Neftçi" - "Sumqayıt"

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Vüqar Bayramov, Vüsal Qənbərov

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Vüsal Əliyev

Masazır. "Əlincə Arena"

Qeyd edək ki, turun əvvəlki oyunlarında "İnter" səfərdə AZAL-ı 3:1, "Qəbələ" "Zirə"ni 2:0 hesabı ilə məğlub edib. "Kəpəz" - "Qarabağ" oyununda isə qalib müəyyənləşməyib - 1:1.




N



Klublar



O



Q



H



M



T-F



X



1



"Qəbələ"



6



5



1



0



17-0



16



2



"İnter"



6



4



2



0



11-6



14



3



"Qarabağ"



6



4



1



1



15-3



13



4



"Kəpəz"



6



1



4



1



6-6



7



5



"Zirə"



6



2



0



4



4-8



6



6



"Sumqayıt"



5



1



1



3



3-7



4



7



"Neftçi"



5



1



0



4



3-14



3



8



AZAL



6



0



1



5



2-17



1

Bombardir:

Baqali Dabo ("Qəbələ") - 6 qol.