» » » Sumqayıtda Şahmat Məktəbi istifadəyə verilib

Sumqayıtda Şahmat Məktəbi istifadəyə verilib

Sumqayıtda Şahmat Məktəbi istifadəyə verilib
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 27-də Sumqayıtda Şahmat Məktəbinin açılışında iştirak edib.

ucarliyiq.biz xəbər verir ki, dövlət başçısı əvvəlcə Şahmat Məktəbinin binasının rəmzi açılışını bildirən lenti kəsib.

Azərbaycan Prezidentinə məlumat verilib ki, tikintisinə ötən ilin dekabrında başlanılan ikimərtəbəli binanın sahəsi min kvadratmetrdir. Məktəb yeni və müasir avadanlıqla təmin olunub. Burada 25 qrupda ümumilikdə 550-600 şagird idmanın qədim növü olan şahmatın sirlərini öyrənir. Şagirdlərlə 25 müəllim məşğul olur.

Prezident İlham Əliyev Şahmat Məktəbində yaradılan şəraitlə tanış olub.