» » » Bakı "İnter"inə FİFA tərəfindən qoyulan transfer qadağası cəzası yerinə yetirilib

Bakı "İnter"inə FİFA tərəfindən qoyulan transfer qadağası cəzası yerinə yetirilib

Bakı "İnter"inə FİFA tərəfindən qoyulan transfer qadağası cəzası yerinə yetirilib
Bakının "İnter" futbol klubunun növbəti iki transfer dövründə yeni futbolçu qeydiyatına qadağa qoyulub. ucarliyiq.biz - in Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə AFFA İntizam Komitəsinin iclasında FİFA-nın sentyabrın 6-da ünvanladığı məktuba əsasən qərar çıxarılıb.

AFFA-ya göndərilmiş həmin məktubda FİFA-nın Nizam-İntizam Komitəsinin “İnter” haqqında mayın 26-da qərar qəbul edildiyi göstərilib. “İnter”in keçmiş futbolçusu Yohan Bokonyano ilə bağladığı müqavilənin şərtlərinə əməl etməməsi səbəbindən növbəti iki transfer dövründə yeni futbolçu qeydiyatına qadağa qoyulub.