» » » Tbilisi "Dinamo"sunun baş məşqçisi istefaya göndərilib

Tbilisi "Dinamo"sunun baş məşqçisi istefaya göndərilib

Tbilisi "Dinamo"sunun baş məşqçisi istefaya göndərilib
Gürcüstanın "Dinamo" (Tbilisi) futbol komandasının baş məşqçisi Yuray Yarabek istefaya göndərilib. ucarliyiq.biz - in məlumatına görə, slovakiyalı mütəxəssisin göndərilməsinə səbəb komandanın avrokuboklarda uğursuz çıxışıdır.

Çempionlar Liqasının III təsnifat mərhələsində Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasına məğlub olan (0:2, 0:1) Tiflis təmsilçisi Avropa Liqasının "pley-off" mərhələsində Yunanıstan PAOK-una da uduzaraq (0:3, 0:2), beynəlxalq turnirlərdə çıxışını dayandırıb. Komanda ölkə çempionatının Ağ qrupunda 6 turdan sonra 10 xalla 3-cü pillədə qərarlaşıb.

Hələlik paytaxt klubunun baş məşqçi postuna heç bir təyinat olmayıb.

Qeyd edək ki, 53 yaşlı mütəxəssis 2016-cı ilin yanvarında "Dinamo"nun baş məşqçi postuna keçib. Klub rəhbərliyi baş məşqçinin qarşısına Gürcüstan çempionatının və kubokunun qalibi olmaq və avrokuboklardan birinin qrup mərhələsinə vəsiqə qazanmaq məqsədini qoymuşdu.