» » » Çexiya yığmasının baş məşqçisi: "Sentyabrın əvvəlindən indiyədək yaxşı yatıram"

Çexiya yığmasının baş məşqçisi: "Sentyabrın əvvəlindən indiyədək yaxşı yatıram"

Çexiya yığmasının baş məşqçisi: "Sentyabrın əvvəlindən indiyədək yaxşı yatıram"
"Şimali İrlandiya ilə oyuna heyəti yığarkən siyahıda zədəli futbolçular vardı. Bu səbəbdən bir az çətinlik olmuşdu. Amma indi 4 yeri açıq saxlamışıq". ucarliyiq.biz - in məlumatına görə, bunu Çexiya yığmasının baş məşqçisi Karol Yarolim 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Almaniya və Azərbaycan milliləri ilə oyunlar öncəsi keçirdiyi mətbuat konfransında deyib.

Çexiyalı mütəxəssis bəzi futbolçulara səhhətlərindəki problemlərə baxmayaraq, dəvət göndərdiyini bildirib: "Onların həftəsonu ölkə çempionatında oyunları var. Bundan sonra heyət tamamlanacaq".

60 yaşlı baş məşqçi yığmanın düşərgəsinə dəvət olunan futbolçulardan da söz açıb: "Patrik Şiki heyətə cəlb etmişəm. Onun oyunlarını izlədim. Düşünürəm ki, İtaliyanın "Sampdoriya" klubunda daha çox meydana çıxsa, özünə böyük yer tapacaq. Bu, tipik hücumçu üçün əla klubdur. Bu səbəbdən də Şiki çağırdım. Milan Petrjela öz mövqeyində yaxşı oynayır və komandanın oyununa az təsir etmir. Tomaş Rositski ilə heç bir danışığımız olmayıb. O, çıxış etdiyi "Sparta"nın heyətində "Mlada Boleslav"a qarşı 20 dəqiqə oynadı. Gələcək inkişafı üçün heç nə baş vermədi".

K.Yarolim oktyabrın 8-də Almaniyaya qarşı keçirəcəkləri oyundan da danışıb: "Sentyabrda Şimali İrlandiya ilə 0:0 hesablı heç-heçə etdiyimiz görüşdən sonra yaxşı yatıram (gülür - red.). Almanlara qarşı oyun asan olmayacaq. Hər gün bu oyunu düşünürəm, amma əsas məsələ fikirlərimizi yaşıl meydanda ortaya qoymaqdır".

Təcrübəli mütəxəssis oktyabrın 11-də qəbul edəcəkləri Azərbaycan millisi barədə danışmayıb.