» » » "Sumqayıt" səfərdə "Neftçi"yə qalib gəlib

"Sumqayıt" səfərdə "Neftçi"yə qalib gəlib

"Sumqayıt" səfərdə "Neftçi"yə qalib gəlib
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub.

ucarliyiq.biz - in məlumatına görə, turun son oyununda "Neftçi" Sumqayıtın eyniadlı komandasını qəbul edib.

"Əlincə Arena"da keçirilən matçda topa ilk toxunuşu meydan sahibləri ediblər. İlk dəqiqələrdən hücuma keçən "Neftçi" 6-cı dəqiqədə hesabı açıb. Cavid İmamverdiyev topu tora qovuşdurub. 13 dəqiqə sonra isə Yusif Nəbiyev hesaba tarazlıq gətirib - 1:1. Komandalar qalan dəqiqələrdə hücumlar etsə də, oyunun birinci hissəsi bu hesabla yekunlaşıb.

İkinci hissədə qonaqlar aktivliyi artırıb. Bunun məntiqi nəticəsində oyunun 71-ci dəqiqəsində Seymur Əsədov komandasının ikinci topunu vurub. Qarşılıqlı hücumlara baxmayaraq, oyunda hesab dəyişməyib və "Sumqayıt" 2:1 hesabı ilə qalib gəlib.

Bu nəticə ilə "Neftçi" 3 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. "Sumqayıt" isə 7 xalla "Kəpəz"lə 4-5-ci pillələri bölüşür.