» » » İngiltərə millisinin baş məşqçisi korrupsiyaya görə istefaya göndərilib

İngiltərə millisinin baş məşqçisi korrupsiyaya görə istefaya göndərilib

İngiltərə millisinin baş məşqçisi korrupsiyaya görə istefaya göndərilib
İngiltərə milli komandasının baş məşqçisi Sem Ellardays təyinatından cəmi 2 ay sonra postunu tərk edib. ucarliyiq.biz - in məlumatına görə, İngiltərə Futbol Federasiyası (FA) 61 yaşlı mütəxəssislə müqaviləni özünü biznesmen kimi təqdim edən jurnalistlərlə korrupsiya xarakterli danışıqlarının üzə çıxmasından sonra qarşılıqlı razılıq əsasında pozub.

FA-nın rəsmi açıqlamasında Ellardaysın hərəkətinin yığmaya rəhbərlik edən şəxs üçün qəbulolunmaz olduğu vurğulanıb. Malta, Sloveniya, Şotlantiya və İspaniya ilə qarşıdakı 4 oyunda milliyə Qaret Sautgeyt rəhbərlik edəcək.

Baş məşqçinin özü isə hadisələrin belə gedişindən dərin təəssüf hissi keçirdiyini bildirib.

Qalmaqal "The Telegraph" qəzetinin əməkdaşları tərəfindən Ellardaysın korrupsiyada iştirakının üzə çıxarılmasından sonra başlayıb. Jurnalistlər özlərini biznesmen kimi təqdim edərək, yığmanın baş məşqçisi iki görüş keçiriblər. Onlar İngiltərə Premyer Liqasındakı transfer bazarından gəlir götürmək istədiklərini bildiriblər. Təcrübəli mütəxəssis 400 min funt sterlinq məbləğində anlaşmanın imzalanması üçün danışıqların aparılmasına təsir göstərməyə razılıq verib. Habelə, o, oyunçuların transferləri üzrə FA-nın müəyyənləşdirdiyi "Üçüncü şəxsin oyunçuların hüquqlarına sahib olması qadağandır" qaydasından yayınma yollarını izah edib. "Biznesmenlər"lə danışıqlar videoya çəkilib.

Qeyd edək ki, Sem Ellardays İngiltərə yığmasında baş məşqçi postuna iyulda təyin olunmuşdu. Onun müqaviləsi 2018-ci ilədək qüvvədə idi.