» » » "Neftçi"nin futbolçusu: "Elə bilirsiniz ki, uduzmağı rahat qəbul edirəm?" - MÜSAHİBƏ

"Neftçi"nin futbolçusu: "Elə bilirsiniz ki, uduzmağı rahat qəbul edirəm?" - MÜSAHİBƏ

"Neftçi"nin futbolçusu: "Elə bilirsiniz ki, uduzmağı rahat qəbul edirəm?" - MÜSAHİBƏ
"Neftçi"nin futbolçusu Junior Pereyra Denilson Azərbaycan Premyer Liqasının VI turunda "Sumqayıt"la oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. ucarliyiq.biz braziliyalı hücumçunun müsahibəsini təqdim edir..

- "Neftçi"yə gəlişinizə səbəb nə oldu?

- Mənə təklif gəldi. Klubun tarixi haqda maraqlandım. "Neftçi" böyük uğurları olan komandadır. Amma komandamız bu gün aşağı pillələrdədir. Buraya kömək üçün gəlmişəm. Mənimlə yanaşı, komanda yoldaşlarım da bunun üçün çalışır.

- Fikrinizcə, köməyiniz dəyir?

- Bunun üçün əlimdən gələni edirəm. Sadəcə, bir qol vurmağım çatmır. Qol vurduqdan sonra inam yaranacaq və davamı gələcək. Komanda tək məndən ibarət deyil. Bir-birimizə uyğunlaşma gedir. İnanırıq ki, gələcəkdə daha yaxşı oyun göstərəcəyik.

- "Neftçi"nin tarixini araşdırdığınızı dediniz. Araşdırdığınız "Neftçi" ilə bugünkü "Neftçi" eynidir?

- Komandaya hansı futbolçunun gəlib getməsindən asılı olmayaraq "Neftçi" böyük klubdur.

- "Neftçi"də adığınız maaşı açıqlaya bilərsiniz?

- Xeyr

- Oyununuz aldığınız maaşa dəyir?

- Siz elə bilirsiniz ki, komanda məğlub olanda mən bunu rahat qəbul edirəm? Ailəmi atıb Bakıya gəlmişəm. İstəyirəm ki, əlimdən gələni edim ki, üzülməyim. Təsəvvür edin, gedib xaricdə işləyirsiniz və sizdən asılı olmayan səbəblərdən işiniz alınmır. Mən də istəyərəm ki, komandam qələbə qazansın. Sadəcə, alınmır.

- Kimdən asılıdır?

- Bizdən asılıdır - meydançada olan hər bir oyunçudan.

- "Neftçi" rəhbərliyi və baş məşqçisi legionerlərin bəzilərinin lazımi səviyyədə olmadığını demişdi. Bunu nəzərə alaraq özünüzə yeni klub axtarırsınız?

- Özümdən deyə bilmərəm ki, qalacağam, ya gedəcəyəm. Çalışacağam əlimdən gələni edim ki, uğurla çıxış edim və "Neftçi"də uzun müddətli qalım. Ancaq son qərar yenə də baş məşqçi və rəhbərliyindir.