» » » Ukraynada "Neftçi" fan-klubu yaradılıb

Ukraynada "Neftçi" fan-klubu yaradılıb

Ukraynada "Neftçi" fan-klubu yaradılıb
Ukraynada "Neftçi” fan-klubu yaradılıb.

ucarliyiq.biz - in paytaxt klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, fan-klubun prezidenti vəzifəsinə "Azərbaycan-Ukrayna” Beynəlxalq İttifaqının sədri Elmar Məmmədov seçilib.

"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev tərəfindən fan-klub rəhbərliyinə Ukraynada klub brendindən istifadə edilməsi haqda icazə məktubu göndərilib.

Layihənin məqsədi Ukraynadakı soydaşlarımızın daha sıx vəhdətdə olması və həmyerlilərimizin bir araya gəlməsi üçün əlavə strukturun yaradılmasıdır.