» » » Argentinalı futbolçu ilin sonunda karyerasını başa vuracaq

Argentinalı futbolçu ilin sonunda karyerasını başa vuracaq

Argentinalı futbolçu ilin sonunda karyerasını başa vuracaq
Argentinanın "Boka Xuniors" klubunun futbolçusu Karlos Tevez bu il karyerasını başa vuracaq.

ucarliyiq.biz - in məlumatına görə, bu barədə argentinalı futbolçu "Fox Sports Radio"ya açıqlamasında bildirib.

32 yaşlı hücumçu artıq bununla bağlı qərar qəbul etdiyini deyib: "Böyük ehtimalla bu qərar noyabrda öz həllini tapacaq. Argentinada daha çox təzyiq hiss edirsən, nəinki Avropada. Oyundan sonra siz rahatlıqla adət etdiyiniz işlərlə məşğul ola bilərsiniz".

Qeyd edək ki, Tevez karyerası ərzində "Korintians", "Vest Hem", "Mançester Yunayted", "Mançester Siti" və "Yuventus" klublarında çıxış edib. O, Argentina yığmasının heyətində 70-dən artıq oyun keçirib.