» » » "Qəbələ" - "Maynts" oyunu üçün "Bakcell Arena" hazırdır

"Qəbələ" - "Maynts" oyunu üçün "Bakcell Arena" hazırdır

"Qəbələ" - "Maynts" oyunu üçün "Bakcell Arena" hazırdır
Bakının 8 km qəsəbəsində yerləşən "Bakcell Arena" Avropa Liqasının C qrupunda mübarizə aparan "Qəbələ" klubunun ilk ev oyunu üçün hazırdır.

Bu barədə ucarliyiq.biza arenanın direktoru Tələt Məmmədov məlumat verib.

O bildirib ki, arenanın ot örtüyündə bərpa işləri başa çatıb. T.İsmayılov "Qəbələ"nin oyunöncəsi son məşqini ot örtüyünün yüklənməməsi üçün Bakı Olimpiya Stadionunda keçiriləcəyini bildirib.

Qeyd edək ki, "Qəbələ" - "Maynts" oyunu sabah saat 19:00-da başlayacaq.