» » » "Qəbələ" və "Qarabağ" klubları Avropa Liqasında növbəti oyununu keçirəcək

"Qəbələ" və "Qarabağ" klubları Avropa Liqasında növbəti oyununu keçirəcək

"Qəbələ" və "Qarabağ" klubları Avropa Liqasında növbəti oyununu keçirəcək
29 sentyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasının qrup mərhələsinin II tur qarşılaşmalarında Azərbaycanın iki klubu meydana çıxacaq.

ucarliyiq.biz - in məlumatına görə, "Qəbələ" evdə, "Qarabağ" isə səfərdə mübarizə aparacaq.

C qrupunda yer alan "Qəbələ"nin rəqibi Almaniyanın "Maynts" klubu olacaq. Saat 19:00-da "Bakcell Arena"da keçiriləcək matçı Litvadan olan hakimlər idarə edəcək. "Qırmızı-qaralar" ikinci mvösümdür çıxış etdikləri qrup mərhələsində ilk ev qələbəsini qazanmağa çalışacaq. Roman Qriqorçukun rəhbərlik etdiyi komanda ilk görüşdə Belçikanın "Anderlext" klubuna 1:3 hesabı ilə məğlub olub. "Qəbələ" ilk turdan sonra qrupun sonuncu pilləsində qərarlaşıb. Qrupun digər oyununda isə Fransa "Sent Etyen"i evdə "Anderlext"lə üz-üzə gələcək.

J qrupunda çıxış edən "Qarabağ" isə səfərdə İtaliyanın "Fiorentina" klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. Qitə turnirinin qrup mərhələsinin ilk oyununda Çexiyanın "Slovan" klubu ilə 2:2 hesablı bərabərliyə razılaşan Qurban Qurbanovun rəhbərlik etdiyi komanda səfər qələbəsi sayəsində ən azı qrup ikincisi ola bilər. "Slovan" isə Yunanıstan PAOK-unu qəbul edəcək. İlk turdan sonra qrupdakı bütün komandaların aktivində 1 xal var.

Avropa Liqası, qrup oyunları, II tur

29 sentyabr

C qrupu

19:00. "Qəbələ" (Azərbaycan) - "Maynts" (Almaniya)

Baş hakim: Gediminas Majeyka

Baş hakimin köməkçiləri: Vitautas Şimkus, Vitenis Kazlauskas

Əlavə köməkçi hakimlər: Sergeyus Sliva, Yuri Paskovski

Dördüncü hakim: Vladimir Gerasimov (hamısı Litva)

Hakim-inspektor: Levan Paniaşvili (Gürcüstan)

UEFA nümayəndəsi: Eugen Vesterink (Hollandiya)

Bakı. "Bakcell Arena"

Xal durumu: "Anderlext" - 3, "Sent-Etyen" - 1, "Maynts" - 1, "Qəbələ" - 0.


J qrupu

21:00. "Fiorentina" (İtaliya) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Oliver Draxta

Yan xətt hakimləri: Roland Brander, Stefan Kür

Köməkçi hakimlər: Manuel Şüttenqruber, Dieter Mukenhammer

Dördüncü hakim: Roland Riedel (hamısı Avstriya)

Hakim-inspektor: Eduard Dervişay (İspaniya)

UEFA nümayəndəsi: Mixael Arqriu (Kipr)

Florensiya. Artemio Franki adına stadion

Xal durumu: "Slovan" - 1, "Fiorentina" - 1, PAOK - 1, "Qarabağ" - 1

Qeyd edək ki, komandalar növbəti görüşünü oktyabrın 20-də keçirəcək.