» » » Futzal üzrə dünya çempionatının finalında Rusiya yığmasının rəqibi müəyyənləşib

Futzal üzrə dünya çempionatının finalında Rusiya yığmasının rəqibi müəyyənləşib

Futzal üzrə dünya çempionatının finalında Rusiya yığmasının rəqibi müəyyənləşib
Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatının daha bir finalçısı müəyyənləşib. ucarliyiq.biz - in məlumatına görə, bu, yarımfinalda Portuqaliyaya 5:2 hesabı ilə qalib gələn Argentina millisidir.

Həlledici görüşdə cənubi amerikalıların rəqibi Rusiya olacaq. Görüş oktyabrın 1-də Bakı vaxtı ilə saat 23:30-da başlanacaq.

Qeyd edək ki, Portuqaliya 1/4 finalda Azərbaycan yığmasını, Rusiya isə yarımfinalda İranı yenib. 3-cü yer uğrunda görüşdə Portuqaliya ilə İran milliləri üz-üzə gələcək.