» » » "Qəbələ" - "Maynts" oyununa indiyədək satılmış bilet sayı açıqlanıb

"Qəbələ" - "Maynts" oyununa indiyədək satılmış bilet sayı açıqlanıb

"Qəbələ" - "Maynts" oyununa indiyədək satılmış bilet sayı açıqlanıb
Bu gün Avropa Liqasının C qrupunda keçiriləcək "Qəbələ" - "Maynts" (Almaniya) oyununa 6000 bilet satılıb. Bu barədə ucarliyiq.biza klubun Media və marketinq üzrə meneceri Səməd Nəsibov məlumat verib.

Onun sözlərinə görə, hazırda kassalarda təxminən 1 500 bilet qalıb. Arenanın qapının arxasında yerləşən 2B sektoru isə "Maynts" azarkeşləri üçün ayrılıb. Həmin sektorda təqribən 300 azarkeşin olacağı gözlənilir.

Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun və "Bakcell Arena"nın kassalarından almaq olar. Qiymətlər sektorlardan asılı olaraq, 2 manat və 5 manat, VİP sektorlar üçün isə 10 manatdır.

Qeyd edək ki, "Qəbələ" - "Maynts" matçı saat 19:00-da başlayacaq.