» » » Çempionlar Liqasının oyunu zamanı meydana banan atılıb - VİDEO

Çempionlar Liqasının oyunu zamanı meydana banan atılıb - VİDEO

Çempionlar Liqasının oyunu zamanı meydana banan atılıb - VİDEO

Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində Rusiyanın "Rostov" və Hollandiyanın PSV komandaları arasında keçirilmiş oyun zamanı meydançaya banan atılıb. ucarliyiq.biz - in məlumatına görə, insident ilk yarıda hesab 1:1 olarkən baş verib və oyunun videoyayımında da əksini tapıb.


"Rostov-in müdafiəçisi Mixa Mevlya və fransalı baş hakim Kleman Turpenin yanında banan aydın görünür. Banan ultrasların olduğu tribunalardan ev sahiblərinin cərimə meydançası tərəfə atılıb. İnsidentin oyunun protokolunda əks etdirilib-etdirilmədiyi hələlik məlum deyil. Görüş 2:2 hesablı heç-heçə ilə nəticələnib.


Qeyd edək ki, bundan əvvəl UEFA məhz azarkeşlərin irqçi davranışı üzündən "Rostov"u cəzalandırıb. Rusiya təmsilçisinin Çempionlar Liqasının "pley-off" mərhələsində Hollandiya "Ayaks"ına 4:1 hesabı ilə qalib gəldiyi görüşdəki olay PSV-yə qarşı matç zamanı tribunaların bir hissəsinin qapadılması ilə nəticələnib.