» » » "Qarabağ" səfərdə "Fiorentina"ya böyük hesabla məğlub olub

"Qarabağ" səfərdə "Fiorentina"ya böyük hesabla məğlub olub

"Qarabağ" səfərdə "Fiorentina"ya böyük hesabla məğlub olub
Bu gün futbol üzrə Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində Ağdamın "Qarabağ" klubu səfərdə "Fiorentina"nın (İtaliya) qonağı olub.

ucarliyiq.biz xəbər verir ki, Azərbaycan komandası oyuna ilk dəqiqələrdən fəal başlasa da, sonradan üstünlüyü tədricən rəqibə verməyə başlayıb.

İtalyanların artan hücumlarından birinin qarşısını alan zaman isə Ağdam klubu azlıqda qalıb. Elvin Yunuszade 30-cu dəqiqədə qırmızı vərəqə görərək, meydandan qovulub. Bunun ardınca italyanlar hücumların kəsərini daha da artırıblar ki, bu da hesabda öz əksini tapıb. İlk hissə rəqibin 3:0-lıq qələbəsi ilə bitib.

İkinci hissədə vurulan daha 2 topa "Qarabağ" bir qol ilə qarşılıq verib və matç Ağdam klubunun 5:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Avropa Liqası, qrup oyunları, II tur

J qrupu

"Fiorentina" (İtaliya) - "Qarabağ" (Azərbaycan)

Qollar: Khouma Babacar, 39 (1:0), Nikola Kaliniç, 43 (2:0), Khouma Babacar, 45 (3:0), Mauro Zarate, 63 (4:0), Mauro Zarate, 78 (5:0), Dino Ndlovu, 90 (5:1).

Qrupda vəziyyət: "Fiorentina" - 4, PAOK - 4, "Slovan" - 1, "Qarabağ" - 1

Qeyd edək ki, komandalar növbəti görüşünü oktyabrın 20-də keçirəcək.