» » » "İnter" 55 ildə ilk dəfə olaraq Avrokuboklarda ardarda 4-cü dəfə məğlub olub

"İnter" 55 ildə ilk dəfə olaraq Avrokuboklarda ardarda 4-cü dəfə məğlub olub

"İnter" 55 ildə ilk dəfə olaraq Avrokuboklarda ardarda 4-cü dəfə məğlub olub
Avropa Liqasının II turunda Çexiyanın "Sparta" klubuna məğlubiyyət (1:3) Milanın "İnter" klubu üçün "əlamətdar" olub.

ucarliyiq.biz xəbər verir ki, "neradzurra"nın bu məğlubiyyəti komanda üçün Avrokuboklarda ardarda dördüncü olub ki, komanda sonuncu dəfə bu vəziyyətə 1961-ci ildə düşüb.

Beynəlxalq arenada cari məğlubiyyətlilik seriyası 2015-ci ilin mart ayında başlayıb. Həmin vaxt "İnter" Avropa Liqasının ¼ finalında iki dəfə "Volfsburq"a (Almaniya) uduzub (1:3, 1:2).

Frank de Burun komandasını daha bir məğlubiyyətə isə sentyabrın 15-də "San Siro"da "İnter"ə sensasiyalı şəkildə qalib glən İsrailin "Hapoel Biir-Şeva" klubu uğradıb (2:0).

Xatırladaq ki, "İnter" 2010-cu ildə Çempionlar Liqasının qalibi olub və o zamandan bu yana beynəlxalq arenalarda yaxşı nəticə göstərə bilməyib.