» » » UEFA Azərbaycan milli komandasının ev oyunlarının çəkilişini "CBC Sport"a həvalə edib

UEFA Azərbaycan milli komandasının ev oyunlarının çəkilişini "CBC Sport"a həvalə edib

UEFA Azərbaycan milli komandasının ev oyunlarının çəkilişini "CBC Sport"a həvalə edib
Bakı. 30 Sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki ev oyunlarını "CBC Sport" telekanalı çəkəcək. Bu barədə ucarliyiq.biza kanalın baş direktoru direktoru Volkan Üst məlumat verib.

O, bildirib ki, məsələ ilə bağlı UEFA ilə razılıq əldə olunub: "Milli komandanın evdə keçirdiyi oyunların çəkilişini biz həyata keçirəcəyik. Kameralar, yayımın rejissorları və lazım olan digər avadınlıqları bizim kanal qarşılaşayacaq. Lakin oyunların yayımı İTV-də olacaq. "CBC Sport" qısa müddət ərzində beynəlxalq yarışlar, müxtəlif turnirləri tamaşaçılara təqdim edib. UEFA bu məsuliyyətli işi də bizə həvalə etdi".

Oktyabrın 1-də 1 yaşını qeyd edəcək kanalın direktoru gələcək planlardan da danışıb: "Məndən öncə baş direktor vəzifəsində İlham Rüstəmov çalışırdı. O da daxil olmaqla, bu kanalda hər kəs komanda şəklində çalışıb və çalışmaqdadır. Bu gün də işimizi komanda olaraq davam etdiririk. Təbii ki, təsisçilərin əməyi böyükdür. Bir yaş münasibətilə Peşəkar Futbol Liqasının əməkdaşları bizi təbrik edib. Mətbuatdan ilk təbrik edən siz oldunuz. Bacardığımız qədər yaxşı və keyfiyyətli iş görməyə çalışırıq. Gələcək planlaral gəlincə, əsas işimiz Azərbaycan Premyer Liqası ilə bağlıdır. Çempionatı daha maraqlı işıqlandırmaq, azarkeşlərdə maraq oyatmaq və bu işləri keyfiyyətlə görməyə çalışacağıq".