» » » FİFA-nın yeni maliyyə direktoru məlum olub

FİFA-nın yeni maliyyə direktoru məlum olub

FİFA-nın yeni maliyyə direktoru məlum olub
FİFA-nın yeni maliyyə direktoru məlum olub.

ucarliyiq.biz - in TASS-a istinadən verdiyi məlumata görə, ali futbol qurumunun maliyyə məsələlərinə Filipp Le Flok nəzarət edəcək.

Le Flok Fransa və İsveçrə vətəndaşlığına malikdir. Yeni maliyyə direktoru oktyabrın 11-dən vəzifəsinin icrasına başlayacaq. Bu vəzifə təşkilatın yenidən qurulması çərçivəsində yaradılıb.

Qeyd edək ki, daha öncə bu proses çərçivəsində FİFA-nın iki hissəyə bölünəcəyi bildirilirdi. "Futbol" adlı birinci hissədə federasiya bayrağı altında keçirilən futbol yarışları və tədbirlərin təşkili nəzərdə tutulur. Bu işə FİFA-nın baş katibinin müavini Zvonimir Boban rəhbərlik edəcək. "Administrasiya" adlı ikinci hissə isə FİFA-nın kommersiya komponenti, eləcə də inzibati dəstəyə köklənəcək. Buna isə ali futbol qurumunun baş katibinin müavini Marko Villiger məsuliyyət daşıyır.