» » » Futbol üzrə Azərbaycan çempionatında VII turun daha iki oyunu keçiriləcək

Futbol üzrə Azərbaycan çempionatında VII turun daha iki oyunu keçiriləcək

Futbol üzrə Azərbaycan çempionatında VII turun daha iki oyunu keçiriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha iki oyunu keçiriləcək.

ucarliyiq.biz - in məlumatına görə, turun ikinci oyun günündə iki görüş baş tutacaq.

İlk oyun "Sumqayıt"da olacaq. Sumqayıtın eyniadlı komandası AZAL-ı qəbul edəcək. Son turda "Neftçi" ilə səfər oyunundan qalib (2:1) ayrılan "Sumqayıt" uğurlu seriyanı davam etdirmək üçün bu dəfə də "təyyarəçilər"dən üstün olmağa çalışacaq. Şüvəlan klubu isə qara zolaqdan, sonuncu pillədən xilas olmaq üçün mübarizə aparacaq. "Sumqayıt" hazırda 7 xalla turnir cədvəlinin 5-ci, AZAL isə 1 xalla sonuncu pillədə qərarlaşıb. Komandalar bu günədək 20 dəfə qarşılaşıb. Bu matçların dördündə "Sumqayıt", səkkizində isə AZAL qələbə sevinci yaşayıb. Səkkiz oyunda isə qalib müəyyənləşməyib. Son 3 matçda qonaq komanda qola və xala həsrət qalıb. AZAL son 8 matçda cəmi 1 dəfə uduzub.

Günün son oyununda isə futbol azarkeşləri tarixi derbinin - "Neftçi" - "Kəpəz" oyununun şahidi olacaqlar. Cari mövsümdə istədiyi nəticəni göstərə bilməyən Bakı təmsilçisi bu qələbə ilə uğursuzluq zolağından çıxa bilər. Üç xal "Neftçi"ni turnir cədvəlinin autsayderi AZAL-dan uzaqlaşdıracaqsa, "Kəpəz" xallarını 10-a çatdıraraq 4-cü pillədəki mövqeyini qoruyacaq. Komandalar bu günədək ölkə çempionatlarında 43 dəfə üz-üzə gəliblər. Qələbə sayında üstünlük "ağ-qaralar"ın tərəfindədir. İyirmi dəfə "Neftçi", 16 dəfə isə "Kəpəz" qalib gəlib. Yeddi oyun isə heç-heçə başa çatıb. "Kəpəz" son 11 oyunda yalnız 1 qələbə qazanıb. Son 5 matçda meydan sahibi olan komanda qalib gəlməyib.

Tura sabah keçiriləcək "Qəbələ" - "Sumqayıt" oyunu ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, VII tur

01 oktyabr (şənbə)

17:00. "Sumqayıt" – AZAL

Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, Vaqif Musayev, Azər Əsgərov

Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Hakim-inspektor: Kərim Ağayev

Sumqayıt. "Kapital Bank Arena"

19:00. "Neftçi" – "Kəpəz"

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mehman Mahmudov, Nahid Əliyev

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rauf Cabbarov

AFFA nümayəndəsi: Nüvər Xasıyev

Hakim-inspektor: Əhmədağa Cabbarov

Masazır. "Əlincə Arena"

Qeyd edək ki, turun açılış oyununda "İnter" və "Zirə" komandaları üz-üzə gəlib. Oyun 1:1 hesabı ilə başa çatıb.