» » » Futzal üzrə dünya çempionatının qalibi müəyyənləşəcək

Futzal üzrə dünya çempionatının qalibi müəyyənləşəcək

Futzal üzrə dünya çempionatının qalibi müəyyənləşəcək
Bu gün Kolumbiyada futzal üzrə dünya çempionatının final oyunu keçiriləcək. ucarliyiq.biz - in məlumatına görə, həlledici görüşdə Rusiya və Argentina yığmaları üz-üzə gələcək.

Final matçı Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Saat 21:00-da isə dünya üçüncüsünü müəyyən edəcək oyunun start fiti səslənəcək. Bu görüşdə isə İran və Portuqaliya yığmaları münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, Azərbaycan millisi mundialda 1/4 finala qədər yüksəlib və yarımfinala gedən yolda Portuqaliya yığmasına 2:3 hesabı ilə məğlub olub.