» » » "İnter" klubunun prezidenti: "Komandanın ən güclü transferlərdən biri Rauf Əliyevdir" - MÜSAHİBƏ

"İnter" klubunun prezidenti: "Komandanın ən güclü transferlərdən biri Rauf Əliyevdir" - MÜSAHİBƏ

"İnter" klubunun prezidenti: "Komandanın ən güclü transferlərdən biri Rauf Əliyevdir" - MÜSAHİBƏ
Bakının "İnter" futbol klubunun prezidenti Rəşad Qasımovun ucarliyiq.biza müsahibəsi:

- Evdə "Zirə" ilə heç-heçə etdiniz. Son dəqiqədə buraxılan qol iki xalın itməsinə səbəb oldu. Nə düşünürsünüz?

- Çətin oyun oldu. Nə vaxtsa hər şey qayıdır. Biz də 90-cı dəqiqədə qol vururduq. İndi də bizə həmin vaxtda qol vurdular. Futboldur, hər şey ola bilər. Əsas nəticədir. Komanda daha yaxşı oynaya bilərdi.

- Artıq ilk dövrə başa çatdı və komandanız 7 oyundan sonra 15 xalla turnir cədvəlində ikincidir. İlk dövrəni necə qiymətləndirirsiniz?

- Komandanın ilk dövrədən sonra hazırkı mövqedə olması mövsümün əvvəlində nəzərdə tutulan planlarla üst-üstə düşür. Məqsədimiz mövsümü ilk üçlükdə bitirməkdir və hələ ki, bu işin öhdəsindən gəlirik. Avropa Liqasına vəsiqə qazanmaq istəyirik.

- Avropa Liqasına vəsiqə qazanmaq yaxşıdır. Amma nəzərə almaq lazımdır ki, "İnter"ə FİFA tərəfindən transfer qadağası qoyulub.

- Gəlin tələsməyək. Hələ o vaxt gəlsin, Avropa Liqasına vəsiqə qazanaq, sonra bu məsələyə baxarıq.

- Premyer Liqanın 3-cü pilləsi ilə 4-cü arasında 6 xal fərq var və siz də 2-ci yerdəsiniz. Fikrinizcə, qarşıdakı turlarda da bu fərqi qorumaq olacaq?

- Bunu zaman göstərər. Mən Nastradamus deyiləm ki, gələcəyi görüm (gülür). Amma komandada potensial böyükdür və artırmaq imkanı da var. Düzgün iş qurulsa, planlaşdırılma aparılsa, bu üçlüyü qorumaq olar.

- Bu yaxınlarda sponsorunuz olan Azərbaycan Beynəlxalq Bankı "Yuventus" klubu ilə müqavilə imzalayıb. Bu sazişin "İnter" üçün xeyri nə olacaq?

- Avropanın ən nüfuzlu klublarından birinin ölkəyə dəvət olunması, hər hansı bir akademiyanın açılması ümumi Azərbaycan futbolunun inkişafı üçün dəstəyi olacaq. "İnter" də Azərbaycan futbolunun bir parçasıdır.

- Gələcəkdə "İnter" həmin akademiyanın futbolçularının xidmətindən yararlana bilər?

- Təbii. Ən əsas məqamlardan biri də azərbaycanlı uşaqların daha da güclü inkişaf etməsidir. Bunun kluba da xeyri olacaq.

- Sizdən əvvəlki klub rəhbəri Georgi Nikolov hələ də Bakıdadır. Onunla görüşmüsünüz?

- Xeyr, Azərbaycanda olmağını bilirəm. Amma əlaqə saxlamırıq. Nikolova böyük hörmətimiz var. Amma heç bir əlaqəmiz yoxdur.

- Hücumçu Rauf Əliyev milliyə dəvət almır. Ancaq o, son turlarda özünü müsbət tərəfdən göstərir. Fikrinizcə, Rauf hazırda milli komandaya dəvət olunmağa layiqdir?

- Bu millinin baş məşqçisi Robert Prosineçkinin işidir. Yığmanın məşqçi heyəti var və onlar qərar verir. Ancaq mən öz fikrimin üzərində dayanıram. Daha öncə də demişdim. "İnter"in ən güclü transferlərindən biri Rauf Əliyevdir.

- Yəni milliyə çağırılmaya layiqdir...

- Gördüyünüz kimi...