» » » İran yığması Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında 3-cü yerə çıxıb

İran yığması Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında 3-cü yerə çıxıb

İran yığması Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında 3-cü yerə çıxıb
Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında 3-cü yer uğrunda görüş başa çatıb.

ucarliyiq.biz - in məlumatına görə, bürünc medala İran yığması sahib çıxıb.

Qonşu ölkə futzalçıları Portuqaliya ilə qarşılaşmanın əsas vaxtından 2:2 hesablı heç-heçə ilə ayrılıblar. Əlavə vaxtda hesab dəyişmədiyindən, qalib penaltilər seriyasında müəyyənləşib - 4:3.

Finalda Rusiya və Argentina yığmaları üz-üzə gələcək.

Qeyd edək ki, İran qrup mərhələsində Azərbaycanın rəqiblərindən olub. İki komanda arasındakı görüş 3:3 hesablı heç-heçə ilə nəticələnib. Portuqaliya isə 1/4 finalda məhz Azərbaycan yığmasını üstələyib - 3:2.