» » » Futzal üzrə dünya çempionatının qalibi müəyyənləşib

Futzal üzrə dünya çempionatının qalibi müəyyənləşib

Futzal üzrə dünya çempionatının qalibi müəyyənləşib
Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatının qalibi müəyyənləşib.

ucarliyiq.biz - in məlumatına görə, finalda Argentina və Rusiya yığmaları üz-üzə gəlib. Görüş cənubi amerikalıların qələbəsi ilə yekunlaşıb - 5:4.

Bununla da Argentina tarixində ilk dəfə dünya çempionu olub. Rusiya isə 1996-cı ildə əldə etdiyi bürünc medalı "gümüş"ə çevirib.

Qeyd edək ki, bu dəfə bürünc medal İrana qismət olub.