» » » Azərbaycan yığmasının Avropa çempionatının ilkin seçmə mərhələsi üçün heyəti açıqlanıb

Azərbaycan yığmasının Avropa çempionatının ilkin seçmə mərhələsi üçün heyəti açıqlanıb

Azərbaycan yığmasının Avropa çempionatının ilkin seçmə mərhələsi üçün heyəti açıqlanıb
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində çıxış edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb.

ucarliyiq.biz - in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Nazim Süleymanov 18 futbolçuya dəvət göndərib. Onlardan 7-si "Qəbələ"ni təmsil edir. Heyətdə Ukrayna "Şaxtyor"u və Hollandiya "Den Boş-indan çağırılmış legionerlər də var.



SOYAD, AD



KLUB



Hacıyev Ruslan



Qarabağ



Camalov Famil



Qarabağ



Cəfərov Yusif



Kəpəz



Əliyev Emil



İnter



Bayramlı Tural



Sumqayıt



Əliyev Əli



Sumqayıt



Krivotsyuk Anton



Neftçi



Buludov Ömər



Neftçi



Camalov Camal



Zirə



Orucov Elnur



Qəbələ



Süleymanov Süleyman



Qəbələ



Seydiyev Amin



Qəbələ



Hacıyev Hacıağa



Qəbələ



Muradov Rövlan



Qəbələ



Dəmirov Elvin



Qəbələ



Nəbiyev Fərid



Qəbələ



Xaçayev Murad



Şaxtyor (Ukrayna)



Əzizov Ziya



Den-Boş (Hollandiya)

Təqvimə əsasən, Litvada keçiriləcək ilk seçmə mərhələ oyunlarına oktyabrın 4-də start veriləcək. Həmin gün Azərbaycan millisi Avstriya ilə üz-üzə gələcək. Oktyabrın 6-da rəqib Bosniya və Herseqovina, oktyabrın 9-da isə Litva olacaq. Hər 3 oyun saat 15:00-da başlanacaq.