» » » Boks üzrə dünya çempionu karyerasını başa vurduğunu açıqlayıb

Boks üzrə dünya çempionu karyerasını başa vurduğunu açıqlayıb

Boks üzrə dünya çempionu karyerasını başa vurduğunu açıqlayıb
Ümumdünya Boks Assosiasiyası (WBA) və Ümumdünya Boks Təşkilatı (WBO) versiyaları üzrə super ağır çəkidə dünya çempionu olan böyük britaniyalı Tayson Fyuri karyerasını başa vurduğunu açıqlayıb.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə boksçu özü "Twitter" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

"Boks indiyə qədər məşğul olduğum ən darıxdırıcı şeydir. Mən dahiyəm və gedirəm. Xoşca qalın", - T.Fyuri yazıb.

Ümumiyyətlə, daha əvvəl boksçunun dopinq-testinin müsbət nəticələndiyi və onun kokain qəbul etdiyi məlum olub. Test idmançıdan sentyabrın 22-də götürülüb. T.Fyury 28 yaşındadır və karyerasını məğlubiyyətsiz başa vurub. Onun aktivində 18-i nokautla olmaqla 25 qələbə var.