» » » Paralimpiya Komitəsinin vitse-prezidenti: "Bayraq nümayəndənin əlindən alındı"

Paralimpiya Komitəsinin vitse-prezidenti: "Bayraq nümayəndənin əlindən alındı"

Paralimpiya Komitəsinin vitse-prezidenti: "Bayraq nümayəndənin əlindən alındı"
"Bu işə necə qarışa bilərəm? Bu onların öz qərarıdır. Bizim özümüzün bayrağımız var. Hər dövlət öz bayrağına xidmət etməlidir".

Bunu ucarliyiq.biza açıqlamasında Azərbaycan Paralimpiya Komitəsinin vitse-prezidenti Şaiq Həmidov Rio-de-Janeyroda keçirilmiş Yay Paralimpiya Oyunlarının açılışında Belarusun lisenziyaları alınan Rusiya bayrağı ilə səhnəyə çıxmasına münasibət bildirərkən deyib.

Qurum rəsmisi Belarusun qaldırdığı Rusiya bayrağının daha sonra alındığını bildirib: "Azərbaycanın Rusiyaya olan münasibətini verilən 3 lisenziyada imtina etməklə göstərib. Bu addım bizim humanizmimizi nümayiş etdirir. Belarusun Rusiya bayrağı ilə çıxmasına gəldikdə, orada səhnənin müəyyən bir hissəsində nümayəndənin əlindən bayraq alındı".

Ş.Həmidov Azərbaycanın lisenziyadan imtina edən yeganə MDB ölkəsi olduğunu söyləyib: "Ruslar bizim onlara verdiyimiz dəstəyi hər yerdə qiymətləndirdi. İctimaiyyət Azərbaycanın bu addımını alqışladı. Bütün dünyaya bildirdilər ki, Azərbaycan Rusiyanın dostudur və bu səbəbdən lisenziyalardan imtina edib. Belarus, Özbəkistan və digər MDB ölkələri həmin yerlərdən istifadə etdilər. Bəlkə də Ukraynanın yer tutması bununla əlaqədardır. Bunu tam dəqiq deyə bilmərəm, çünki mənim işim deyil. Mən deyə bilməzdim ki, Belarusun bu addımı zalda alqışlarla qarşılandı. Bəlkə də daxilən kimsə sevinib, ya kimsə istəməyib. Bəlkə kimlərsə alqışlayıb, onu deyə bilmərəm. Pis addım addıqlarını da deyə bilmərəm. Fikrimcə, başqa bayrağı öz bayrağınla aparamaq düzgün deyil. Əgər bayraq götürdünsə, niyə yerdən imtina etmədin?"