» » » Çexiya yığması daha 3 futbolçunu heyətə cəlb edib

Çexiya yığması daha 3 futbolçunu heyətə cəlb edib

Çexiya yığması daha 3 futbolçunu heyətə cəlb edib
Dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan millisi ilə qarşılaşacaq Çexiya yığması heyətə daha 3 futbolçu cəlb edib. ucarliyiq.biz - in Çexiya Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Karel Yarolim yarımmüdafiəçilər Yaromir Zmrhal ("Slaviya") və Lukaş Droppa ("Tom", Rusiya), eləcə də hücumçu Milan Şkodaya ("Slaviya") dəvət göndərib.

Zmrhal və Droppa karyeralarında ilk dəfə milliyə çağırılıblar. Şkoda isə ötən il Çexiya yığmasında çıxış edib. Yarolim yarımmüdafiəçilərin bu gündən komandanın düşərgəsində olacağını bildirib. Şkodanın isə səhhətində problem var. Hücumçu bu gün çıxış etdiyi klubda tibbi müayinədən keçəcək. Nəticə müsbət olacağı təqdirdə, yığmaya qoşulacaq.

Qeyd edək ki, Çexiya - Azərbaycan oyunu oktyabrın 11-də Ostrava şəhərində olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. C qrupunda Azərbaycan və Çexiyadan başqa Almaniya, San Marino, Norveç və Şimali İrlandiya yığmaları da yer alıb.