» » » Almaniyalı futbolçu yığmadan kənarlaşdırılıb

Almaniyalı futbolçu yığmadan kənarlaşdırılıb

Almaniyalı futbolçu yığmadan kənarlaşdırılıb
Almaniya yığmasının futbolçusu Mario Qomes milli komandadan kənarlaşdırılıb.

ucarliyiq.biz - in məlumatına görə, futbolçu zədə səbəbindən yığmadan kənarda qalacaq.

Onun omba əzələlərində sərtləşmə aşkarlanıb və bir neçə gün məşqlərdən uzaq qalacaq. Nəticədə 31 yaşlı Qomes 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə qrup mərhələsində Çexiya və Şimali İrlandiyaya qarşı forma geyinə bilməyəcək.

Qeyd edək ki, Qomes hazırda Almaniyanın "Volfsburq" komandasında çıxış edir.