» » » FİFA DÇ-2018-də irqçiliklə mübarizə üçün xüsusi sistem tətbiq edəcək

FİFA DÇ-2018-də irqçiliklə mübarizə üçün xüsusi sistem tətbiq edəcək

FİFA DÇ-2018-də irqçiliklə mübarizə üçün xüsusi sistem tətbiq edəcək
Beynəlxalq Futbol Federasiyası (FİFA) Rusiyada keçiriləcək 2018-ci il dünya çempionatınadək tribunalarda irqçiliklə mübarizə üçün azarkeşlərin davranışlarının monitorinqi üzrə yeni sistem tətbiq edəcək.

ucarliyiq.biz xəbər verir ki, bu barədə FİFA-nın rəsmi nümayəndəsi Alois Huqa istinadən "İzvestiya" nəşri yazıb.

"Biz tribunalarda azarkeşlərin davranışlarının monitorinqi üçün yeni sistem işləyib hazırlamışıq ki, bu da istənilən ayrı-seçkilik halları ilə mübarizədə kömək olacaq. Sistem artıq 2018-ci il dünya çempionatının seçmə mərhələsinin gedişatında hər yerdə, həmçinin 2017-ci il Konfederasiyalar Kubokunda qismən tətbiq olunacaq. Biz bu sistemi tam olaraq Rusiyada keçiriləcək dünya çempionatının final mərhələsində işə salmağı planlaşdırırıq", - deyə Huq bildirib.