» » » Şimali İrlandiya yığmasının baş məşqçisi: "Azərbaycanla oyunda qələbəyə nail olmalıyıq"

Şimali İrlandiya yığmasının baş məşqçisi: "Azərbaycanla oyunda qələbəyə nail olmalıyıq"

Şimali İrlandiya yığmasının baş məşqçisi: "Azərbaycanla oyunda qələbəyə nail olmalıyıq"
"San Marino, Azərbaycan və Norveçlə oyunlarda mümkün qədər çox xal qazanmaq lazımdır. Bu, Almaniya və Çexiyaya qarşı oyunlara rahat çıxmağımıza imkan verəcək".

ucarliyiq.bizun məlumatına görə, bunu 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O Nil deyib.

Qarşıdakı oyunları dəyərləndirən 47 yaşlı mütəxəssis bunları bildirib: "Biz gələn ay Azərbaycanla evdəki oyunda da qələbəyə nail olmağa çalışacağıq. Üstəlik, Almaniyadan qopara biləcəyimiz hər bir xal bizim üçün bonus olacaq. Mənim ilk hədəfim "Vindzor Park"da nəticə üçün mübarizə aparmaqdır".

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 11-də Şimali İrlandiya yığmasının qonağı olacaq. Bakıda isə komandalar 2017-ci il iyunun 10-da üz-üzə gələcəklər. Oktyabrın 8-də Azərbaycan Norveçi, Şimali irlandiya San Marinonu qonaq edəcək.