» » » Azərbaycanlılar "Dostluq Kuboku" beynəlxalq futbol turnirində iştirak edib

Azərbaycanlılar "Dostluq Kuboku" beynəlxalq futbol turnirində iştirak edib

Azərbaycanlılar "Dostluq Kuboku" beynəlxalq futbol turnirində iştirak edib
Kiyev. 6 oktyabr. REPORT.AZ/ Sentyabrın 30-dan oktyabrın 4-dək Kiyevdə 16 ölkədən 16 komandanın iştirakı ilə ikinci "Dostluq Kuboku" beynəlxalq futbol turniri keçirilib.

ucarliyiq.bizun Kiyev bürosunun verdiyi məlumata görə, turnirin tərəfdaşları qismində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) və Ukrayna Azərbaycanlı Gənclər Birliyi (UAGB) çıxış edib.

Turnirdə Ukrayna, Azərbaycan, Gürcüstan, Nigeriya, Hindistan, Türkmənistan, Misir, Əlcəzair, Mərakeş, Tacikistan, Türkiyə, Kamerun, İraq, Konqo DR, Özbəkistan və İrandan komandalar iştirak edib.

Turnirin məqsədi əcnəbi tələbələr arasında sağlam həyat tərzinin təbliği, müxtəlif ölkələrdən olan həmyaşıdlarla dostluq münasibətlərinin möhkəmləndirilməsi, oyunçuların ustalıq səviyyəsinin yüksəldilməsidir.

Turnirdə Azərbaycan komandasını dəstəkləmək üçün Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Elman Bağırov və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri İsgəndər Zamanov oyunların keçirildiyi stadiona gəlib.

"Dostluq Kuboku"nun finalında Ukrayna təhsil nazirinin müavini, Ukrayna gənclər və idman nazirinin müavini, Kiyev şəhər icra başçısının köməkçisi də iştirak edib.

Turnirdə birinci yeri finalda Mərakeş komandasına 2:1 hesabı ilə qalib gələn Ukrayna tutub. Azərbaycan komandası isə yarışı 4-cü sırada bitirib.