» » » Azərbaycan yığmasının baş məşqçisi UEFA-nın tərtib etdiyi simvolik komandaya düşüb

Azərbaycan yığmasının baş məşqçisi UEFA-nın tərtib etdiyi simvolik komandaya düşüb

Azərbaycan yığmasının baş məşqçisi UEFA-nın tərtib etdiyi simvolik komandaya düşüb
UEFA 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində çıxış edən milli komandaların baş məşqçilərindən ibarət simvolik yığma tərtib edib.

ucarliyiq.bizun məlumatına görə, "11-liy"ə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki də düşüb.

O, siyahıda mərkəz yarımmüdafiəçisi qismində yer alıb.

Qapıçı: Xulen Lopetegi (İspaniya)

Libero: Danni Blind (Hollandiya)

Müdafiəçilər: Qaret Sautgeyt (İngiltərə), Fatih Terim (Türkiyə), Lars Olsen (Danimarka, Farer Adaları)

Yarımmüdafiəçilər: Qordon Straçan (Şotlandiya), Didye Deşam (Fransa), Robert Prosineçki (Yuqoslaviya/Xorvatiya, Azərbaycan), Martin O Nil (Şimali İrlandiya, İrlandiya)

Hücumçular: Andrey Şevçenko (Ukrayna), Marian Paxar (Latviya)