» » » AİBA 36 hakim barəsində araşdırma başladıb

AİBA 36 hakim barəsində araşdırma başladıb

AİBA 36 hakim barəsində araşdırma başladıb
Bu il Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışlarını idarə edən 36 hakim barəsində araşdırmalara başlanılıb.

ucarliyiq.biz "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Həvəskar Boks Federasiyasının (AİBA) yaydığı məlumatda bildirilib.

Məlumatda həmçinin həmin hakimlərin təhqiqat bitənədək heç bir beynəlxalq yarışı idarə edə bilməyəcəkləri qeyd olunub. Ancaq AİBA onlar barəsində nə üçün araşdırılmalara başlanıldığını açıqlamayıb.

Xəbərdə İrlandiya, Qazaxıstan, ABŞ, Rusiya və Özbəkistan boksçuları arasında keçirilmiş yarışlardakı mübahisəli qərarların belə bir araşdırmanın başlanılmasına səbəb olduğu iddia edilir.