» » » Neymar karyerasında 300-cü qolu vurub - VİDEO

Neymar karyerasında 300-cü qolu vurub - VİDEO

Neymar karyerasında 300-cü qolu vurub - VİDEO

İspaniyanın "Barselona" klubunun və Braziliya yığmasının futbolçusu Neymar növbəti nailiyyətə imza atıb.


ucarliyiq.bizun məlumatına görə, "sambaçı" karyerasında 300-cü qolu vurub. 24 yaşlı hücumçu buna 2018-ci il dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsi çərçivəsində Boliviya ilə matçda imza atıb. Braziliya yığmasının 5:0 hesablı qələbə qazandığı görüşdə Neymar qollardan birinin müəllifi olub.


O, indiyədək "Barselona"da 95, "Santos"da 138, Braziliyanın əsas yığmasında 49, ölkənin 17, 20 və 23 yaşadək futbolçulardan ibarət millilərində isə 18 dəfə fərqlənib. Neymar əsas yığmadakı qol sayında millinin sabiq hücumçusu Zikonu geridə qoyub. Gənc forvard hazırda Pele (77 qol), Ronaldo (62) və Romarioya (55) uduzur.


Qeyd edək ki, Boliviya ilə görüşün 65-ci dəqiqəsində Neymar sifətindən güclü zərbə alıb. Boliviyalı hücumçu Yasmani Dukun endirdiyi zərbə nəticəsində braziliyalı forvardın sifəti qana bulanıb. Həkimlər onu əvəzləməyə qərar verib.