» » » "Neftçi" klubuna 3 əcnəbi futbolçu baxışa gəlib

"Neftçi" klubuna 3 əcnəbi futbolçu baxışa gəlib

"Neftçi" klubuna 3 əcnəbi futbolçu baxışa gəlib
"Neftçi” heyətini gücləndirmək üçün yeni futbolçuları baxışa çağırıb.

ucarliyiq.bizun klubun saytına istinadən verdiyi məlumata görə, futbolçuların hər 3-ü legionerdr.

Baxışda olanlardan biri qapıçı, ikisi isə yarımmüdafiəçidir. 31 yaşlı serbiyalı qapıçı Boban Baykoviç "Srvena Zvezda", "Yedinstvo", "Radniçki", "Rad", "Smederevo", "Srem Mitrovitsa" klubları, eləcə də Çernoqoriya "Lovçen"i və Belçika "Lyers"inin qapısını qoruyub.

Latviyalı yarımmüdafiəçi Aleksandrs Fertovs Latviyanın "Olimp” və "Skonto”, Ukraynanın "Sevastopol” və Polşanın "Korona” klublarında çıxış edib. 29 yaşlı futbolçu Latviya milli komandasının heyətində 35 oyunda meydana çıxıb.

Braziliyalı futbolçu Jonas Enrike Pessalli isə "Qremio”nun yetirməsidir. 26 yaşlı yarımmüdafiəçi Brazliyanın "Qremio Barueri”, Fransanın "Anje” və "Luson” klublarının da şərəfini qoruyub.