» » » Azərbaycan Daşkənddə keçirilən cüdo “Qran-Pri”sində 2 medal qazanıb

Azərbaycan Daşkənddə keçirilən cüdo “Qran-Pri”sində 2 medal qazanıb

Azərbaycan Daşkənddə keçirilən cüdo “Qran-Pri”sində 2 medal qazanıb
Özbəkistanın Daşkənd şəhərində cüdo üzrə “Qran-Pri” yarışına yekun vurulub.

Cüdo Federasiyasından ucarliyiq.biza verilən məlumata görə, Azərbaycan milli komandası mötəbər turnirdə növbəti medalını qazanıb.

Ölkəmizi 100 kq. çəki dərəcəsində təmsil edən Cəlil Şükürov ilk qarşılaşmasında meydan sahibi Erkin Doniyrov üzərində qələbə qazanıb. O, yarımfinalda Türkmənistan təmsilçisi Sahidzhol Saidova qalib gələrək finala yüksəlib. Şükürov həlledici görüşdə Özbəkistan cüdoçusu Soyib Kurbonova məğlub olaraq gümüş medal qazanıb.

Qeyd edək ki, ötən gün daha bir təmsilçimiz – Rüfət İsmayılov (81 kq) milli komandamıza bürünc medal qazandırıb.