» » » Rövnəq Abdullayev: "Nəticə kimi qane etməyə bilər?"

Rövnəq Abdullayev: "Nəticə kimi qane etməyə bilər?"

Rövnəq Abdullayev: "Nəticə kimi qane etməyə bilər?"
"Nəticə kimi qane etməyə bilər? Təbii ki, yığmamızın oyunu xoşuma gəldi".

ucarliyiq.bizun məlumatına görə, bunu Azərbaycan yığmasının Norveçə 1:0 hesabı ilə qalib gəldiyi DÇ-2018-in seçmə qrup matçından sonra jurnalistlərə açıqlamasında AFFA prezidenti Rövnəq Abdullayev deyib.

Əvvəlcə baş katib Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və "Sumqayıt" klubunun rəhbəri Kamran Quliyevlə birgə yığma üzvlərini paltardəyişmə otağında təbrik edən R.Abdullayev, daha sonra brifinq keçirib:

"Rəqib güclü və iddialı komanda idi. Hətta norveçli jurnalistlər dünən millimizin mətbuat konfransına da gəlməmişdilər. Sanki hər şeyi həll etmişdilər. Ancaq biz arxayın həyat yaşamırıq. Mənim üçün necə oynamağımızın fərqi yoxdur. Çox sevinirəm ki, Azərbaycan 2 oyundan 6 xalla qrup lideridir. Bu, bizim tariximizdə olmayıb. Hamınızı təbrik edirəm".

AFFA prezidenti seçmə mərhələyə "Niyə də yox?" şüarı ilə başladıqlarını xatırladaraq, yığma üzvlərinə "komandamızın heç kimdən əskikliyi yoxdur, əksinə artığıq: gedin, vuruşun, qazanın" söylədiyini deyib.