» » » Norveç yığmasının baş məşqçisi: "Azərbaycanın oyun keyfiyyəti artıb"

Norveç yığmasının baş məşqçisi: "Azərbaycanın oyun keyfiyyəti artıb"

Norveç yığmasının baş məşqçisi: "Azərbaycanın oyun keyfiyyəti artıb"
"Azərbaycanı qələbə münasibəti ilə təbrik edirəm. Nəticəyə görə məyusuq. Oyun ərzində qol imkanları oldu, amma dəyərləndirə bilmədik".

ucarliyiq.bizun məlumatına görə, bunu Norveç millisinin baş məşqçisi Per-Matias Hoqmo 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə qrup mərhələsinin II turunda Azərbaycan yığması ilə oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

Baş məşqçi daha sonra jurnalistlərin suallarını cavablandırıb:

Bakı Olimpiya Stadionunun ot örtüyü ürəyinizcə oldu?

- Meydançanın vəziyyəti yaxşı idi. Oyun ərzində hücumlar olurdu. Sadəcə şanslarımızı dəyərləndirə bilmədik.

Seçmə mərhələdə göstəriciniz heç də yaxşı deyil. Postunuzdan getməyi düşünürsünüzmü?

- Üç xal itirdiyimiz üçün məyusuq. Ötən mərhələdə bu komandadan 4 xal aldıq. İndi bütün diqqətimizi San Marinoya yönəltməliyik.

Oyundan öncə Azərbaycan və San Marinodan xal alacağınıza əminliyinizi bildirmişdiniz. Düşünmürsünüz ki, bu açıqlamanız Azərbaycan millisini daha da motivasiya etdi...

- Həmişə qələbə qazanmaq istəyirik. Amma rəqibdə oyun keyfiyyətinin artdığı görünür. Ötən ildə bizdən və Xorvatiyadan xal ala bilmişdiniz.

Qoldan sonra hava ötürmələrindən başqa ötürmələr görmədik. Başqa seçim yox idi?

- Gördünüz ki, Azərbaycan orta xətdən müdafiəyə başlayırdı. Bizim qol vurmaq üçün başqa yolumuz yox idi. Cərimə meydançasında da olan fürsətləri dəyələndirə bilmədik.