» » » "Mançester Siti" futbolçulara rəngli butsular geyinməyi qadağan edib

"Mançester Siti" futbolçulara rəngli butsular geyinməyi qadağan edib

"Mançester Siti" futbolçulara rəngli butsular geyinməyi qadağan edib
İngiltərənin "Mançester Siti" klubu gənc futbolçulara müxtəlif rəngli butsular geyinməyi qadağan edib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə "Mirror" qəzeti yazıb.

İndi qaydalar futbolçulara yalnız qara butsuda oynamağa imkan verir. "Mançester Siti" akademiyasının baş məşqçisi Ceyson Uilkoksun sözlərinə görə, klub oyunçulardan yaxşı futbolçu yetişdirməklə yanaşı, həm də onların şəxsi inkişafında iştirak etməlidir.

"Mənim üçün başqalarına hörmət etməyən məşhur futbolçu görməkdən pis şey yoxdur. Bəli, siz məqsədyönlü olmalısınız, amma siz yenə də, başqalarına hörmət qoymalısınız. Futbolçunun kiminlə danışmasının - xidmətçilərdən biri ilə və ya baş direktorla - fərqi yoxdur, biz onlardan hörmət göstərmələrini tələb edirik", - deyə Uilkoks bildirib.