» » » UEFA azarkeşlərə görə Xorvatiya və Kosovonu cəzalandıra bilər

UEFA azarkeşlərə görə Xorvatiya və Kosovonu cəzalandıra bilər

UEFA azarkeşlərə görə Xorvatiya və Kosovonu cəzalandıra bilər
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) azarkeşlərin davranışlarına görə Xorvatiya və Kosovonun analoji qurumlarını cəzalandıra bilər.

ucarliyiq.biz xəbər verir ki, buna Kosovo və Xorvatiya yığmaları arasında baş tutan 2018-ci il dünya çempionatının seçmə oyunu zamanı azarkeşlər tərəfindən anti-serb şüarlarının səsləndirilməsi səbəb ola bilər. Cəzanın dərəcəsi açıqlanmır.

Kosovo – Xorvatiya oyunu oktyabrın 6-da keçirilib və 0:6 hesabı ilə başa çatıb. Üç turdan sonra xorvatlar 7 xal ilə birinci, Kosovo isə 1 xal ilə qrupda sonuncu yerdə qərarlaşıb.