» » » Azərbaycan Stolüstü Tennis Federasiyasının növbədənkənar iclası keçirilib

Azərbaycan Stolüstü Tennis Federasiyasının növbədənkənar iclası keçirilib

Azərbaycan Stolüstü Tennis Federasiyasının növbədənkənar iclası keçirilib
Azərbaycan Stolüstü Tennis Federasiyasının ümumi yığıncağının növbədənkənar iclası keçirilib. ucarliyiq.bizun Gənclər və İdman Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda federasiyanın Nizamnaməsində dəyişiklik edilib.

Qurumun qarşısında duran yeni vəzifələrlə əlaqədar vitse-prezidentlərin sayı artırılıb. Bunadək baş katib vəzifəsində çalışmış Səbuhi Mehdizadə vitse-prezident funksiyasını yerinə yetirəcək. Qurumun digər vitse-prezidenti isə Fazil Məmmədovdur.

İclasda qəbul edimiş qərara uyğun olaraq, federasiya fəaliyyətini artıq yeni ünvanda davam etdirəcək.