» » » "Araz" klubu UEFA Kubokunda növbəti qələbəsini qazanıb

"Araz" klubu UEFA Kubokunda növbəti qələbəsini qazanıb

"Araz" klubu UEFA Kubokunda növbəti qələbəsini qazanıb
Bakı. 12 oktyabr. REPORT.AZ/Azərbaycan çempionu "Araz" bu gün futzal üzrə UEFA kubokunun əsas mərhələsində növbəti oyununu keçirib. ucarliyiq.bizun məlumatına görə, 2-ci qrupun ikinci oyununda rəqib Kosovanın "Feniks" klubu olub.

Qarşılaşma 2-ci qrupun oyunlarına ev sahibliyi edən Makedoniyanın paytaxtı Skopyedə Boris Trajkovski adına İdman Mərkəzində keçirilib. Ölkə çempionu bu görüşü da qələbə ilə başa vuraraq turnirin elit rounduna vəsiqəni böyük ölçüdə təmin edirb.

İlk oyunda Tbilisi Dövlət Universiteti komandasını məğlub edən "Araz" (7:1) hazırda 6 xalla qrup lideridir. Qrupun digər oyununda isə Bakı vaxtilə saat 22:00-da "Jelezarets" və Tbilisi Dövlət Universiteti komandası üz-üzə gələcək. "Jelezarets" xal itirəcəyi halda "Araz" elt-raunda vəsiqəni vaxtından əvəvl rəsmiləşdirəcək. Əks halda hər şey son tura qalacaq. "Araz" qrupdakı son oyununu oktyabrın 14-də "Jelezarets"ə qaşrı keçirəcək.

Qeyd edək ki, turnirin reqlamentə əsasən əsas mərhələdə 6 qrupun ilk iki pilləsində qərarlaşan və ən yaxşı göstərici ilə 3-cü yeri tutan 4 komanda elit rounda yüksələcək.

Futzal, UEFA Kuboku

Əsas mərhələ

2-ci qrup

19:30. "Araz" (Azərbaycan) - "Feniks" (Kosova) - 1:0

Qol: Xətai Bağırov, 11

Hakimlər: Simon Todoroviç (Sloveniya), Moşe Bohbot (İsrail), Vasilios Xristodulis (Yunanıstan)

Skopye, Boris Trajkovski adına İdman Mərkəzi