» » » AFFA rəsmisi Çempionlar Liqasına təyinat alıb

AFFA rəsmisi Çempionlar Liqasına təyinat alıb

AFFA rəsmisi Çempionlar Liqasına təyinat alıb
AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov Çempionlar Liqasına təyinat alıb.

ucarliyiq.bizun AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, E.Məmmədov Rusiyanın paytaxtı Moskvada iş başında olacaq.

O, ÇSKA (Rusiya) - "Monako" (Fransa) oyununda matçın direktoru (UEFA Venue Director) kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, oktyabrın 18-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.