» » » Azərbaycan millisinin hücumçusu "Trabzonspor"un heyətində məşqlərə başlayıb

Azərbaycan millisinin hücumçusu "Trabzonspor"un heyətində məşqlərə başlayıb

Azərbaycan millisinin hücumçusu "Trabzonspor"un heyətində məşqlərə başlayıb
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev klubunda məşqlərə başlayıb.

ucarliyiq.bizun məlumatına görə, gənc hücumçu "Trabzonspor-in heyətində Türkiyə Super Liqasının VI turunda "Akhisar"la keçiriləcək oyuna hazırlaşır.

20 yaşlı futbolçu millinin düşərgəsindən zədəsiz qayıdıb.

Sabah Trabzonda baş tutacaq görüşdə Şeydayevin heyətdə yer alacağı gözlənilir. Buna səbəb komandanın hücumçuları Suk və Muhammet Demirin ötən oyunlarda fərqlənə bilməməsidir.

Qeyd edək ki, "Trabzonspor" - "Akhisar" matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.