» » » Useyn Bolt vətənində sonuncu dəfə turnirdə iştirak edəcək

Useyn Bolt vətənində sonuncu dəfə turnirdə iştirak edəcək

Useyn Bolt vətənində sonuncu dəfə turnirdə iştirak edəcək
9 qat olimpiya çempionu Useyn Bolt vətəni Yamaykada sonuncu dəfə yarışacaq.

ucarliyiq.bizun məlumatına görə, sprinter 2017-ci ilin yayında "Racers Grand Prix" yarışında qüvvəsini sınayacaq.

İdmançı Dünya çempionatından sonra karyerasını başa vuracağını bildirib: "2017-ci ildə keçiriləcək Dünya çempionatından sonra karyeramı başa vuracam. Lakin yayda Yamaykada sonuncu yarışda iştirak edəcəm".

Qeyd edək ki, Bolt Pekin-2008, London-2012 və Rio-2016 olimpiadalarında 3 növdə 9 medal qazanıb. 2015-ci ildə təşkil olunmuş Dünya çempionatında yüngül atletikada 3 qızıl medal əldə edib və 11 qat dünya çempionu tituluna sahib çıxıb. O, hazırda 100 m (9.58 saniyə) və 200 m (19.19 saniyə) məsafəyə qaçışların rekordçusudur.