» » » "Neftçi" klubu braziliyalı futbolçunun sifariş ərizəsini PFL-ə təqdim edib

"Neftçi" klubu braziliyalı futbolçunun sifariş ərizəsini PFL-ə təqdim edib

"Neftçi" klubu braziliyalı futbolçunun sifariş ərizəsini PFL-ə təqdim edib
"Neftçi" klubu yeni futbolçusu Jonas Enrike Pessallinin növbəti oyunlarda meydana çıxması üçün sifariş edib.

Bu barədə ucarliyiq.biza Peşəkar Futbol Liqasının (PFL) Texniki-İdman şöbəsinin rəisi Zamiq Hüseynov məlumat verib.

26 yaşlı braziliyalı yarımmüdafiəçi "ağ-qaralar"ın heyətində 90 nömrəli forma ilə çıxış edəcək. Klub digər iki transferi - müdafiəçi Mahir Şükürov və serbiyalı qapıçı Boban Baykoviçin sənədlərini isə PFL-ə göndərməyib.

Qeyd edək ki, mövsüm sonunadək "Neftçi"nin uğurları üçün çalışacaq Pessali "Qremio”nun yetirməsidir və karyerası ərzində "Qremio Barueri”, Fransanın "Anje” və "Luson” klublarında çıxış edib.