» » » "Sent-Etyen"in baş məşqçisi: "Qəbələ" xal itirə bilər"

"Sent-Etyen"in baş məşqçisi: "Qəbələ" xal itirə bilər"

"Sent-Etyen"in baş məşqçisi: "Qəbələ" xal itirə bilər"
"Qələbə qazanmalıyıq. Bunu edə bilsək, 9 oyuna 15 xal toplamış olacağıq. Bu halda mövsümün yarısında 30 xala çata bilərik".

ucarliyiq.bizun məlumatına görə, bunu "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan Fransanın "Sent-Etyen" klubunun baş məşqçisi Kristof Qaltye klubun saytına müsahibəsində deyib.

50 yaşlı mütəxəssis müsahibəsində oktyabrın 20-də Fransada "Qəbələ" ilə keçiriləcək Avropa Liqasının III tur matçından da danışıb: "Qəbələ" ilə ardıcıl iki oyun keçirəcəyik. Ötən mövsüm "Dnepr"lə (Ukrayna) ardıcıl iki oyun keçirdik və hər iki görüşdə qələbə (1:0, 3:0) qazandıq. "Qəbələ" ilə baş tutacaq hər iki görüş həlledici rol oynayacaq. Ancaq "Qəbələ" xal itirə bilər".

Qeyd edək ki, oktyabrın 20-də Fransada keçiriləcək "Sent-Etyen" - "Qəbələ" matçı Bakı vaxtı ilə saat 23:05-də başlayacaq.