» » » Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti vəzifəsini tərk edəcək

Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti vəzifəsini tərk edəcək

Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti vəzifəsini tərk edəcək
Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Filip Kreyven yaxın aylarda postunu tərk edəcək.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Paralimpiya Komitəsinin rəhbəri Vladimir Lukin məlumat verib.

Onun sözlərinə görə, F.Kreyven artıq 3 dəfə prezident seçildiyindən "limiti doldurub", daha Komitə rəhbəri ola bilməz.

Qeyd edək ki, yeni prezident seçkilərinin baş tutacağı BPK-nın Baş Assambleyası 2017-ci il sentyabrın 7-8-də Əbu-Dabidə keçiriləcək. Assambleyanın sessiyasında 150-dən çox ölkədən 550-dən çox nümayəndə iştirak edəcək.

Xatırladaq ki, F.Kreyven 2001-ci ildən BPK-nın prezidentidir, 2003-ci ildən isə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvüdür.